Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Polşalı fotoqraf Rafal Bienkovski tərəfindən paylaşılan görüntülərə görə, Polşa şirkəti “Mista” 150-dən çox BTR-70DI ZPD-sinin modernləşdirilməsini davam etdirir.
“Army Recognition”un məlumatına görə, ehtimal olunan son istifadəçi Ukraynadır.
Hələlik ZPD-lərin Ukraynaya məxsus olduğu rəsmən təsdiqlənməsə də, “Defense Express”in xəbərinə görə, iddialar Avropadakı digər potensial müştərilərin BTR-70 ZPD-lərinin belə miqyasda modernləşdirilməsini istəmələri və Ukraynadan kənarda BTR-70 istifadəçilərinin çox olmaması ilə dəstəklənir.
Modernləşdirmə prosesi BTR-70DI ZPD-sinin hərəkətliliyini, atəş gücünü və situasiya məlumatlılığını artırmaq üçün sovet dövründən qalan komponentlərin Qərb sistemləri ilə dəyişdirilməsini nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az