Almaniya IDAS-ı inkişaf etdirmək üçün “Diehl Defence” və “Thyssenkrupp Marine Systems” şirkətlərinə tapşırıq verib

2025/02/2025--1738577146.jpg
Oxunub: 616     16:29     05 Fevral 2025    
Almaniya sualtı qayıqlar üçün müdafiə və hücum sistemi olan IDAS-ı inkişaf etdirmək üçün “Diehl Defence” və “Thyssenkrupp Marine Systems” şirkətlərinə tapşırıq verib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “ThyssenKrupp Marine Systems” şirkəti tərəfindən dərc edilən açıqlamada bildirilib.

Açıqlamaya görə, “Bundeswehr” (Almaniya Silahlı Qüvvələri) “Diehl Defence” ilə əməkdaşlıq çərçivəsində sualtı qayıqlar üçün İnteraktiv Müdafiə və Hücum Sistemini (IDAS) inkişaf etdirmək məqsədilə “Thyssenkrupp Marine Systems” şirkətinə tapşırıq verib.

Sualtı qayıqdan buraxılan raket sistemi su altında qalarkən, havadan gələn təhdidlərə qarşı aktiv müdafiə qabiliyyəti təmin etməklə, sualtı qayığın özünümüdafiəsini gücləndirməyi hədəfləyir.

Almaniya Federal “Bundeswehr” Avadanlıq, İnformasiya Texnologiyaları və Xidməti Dəstək Ofisinin (BAAINBw) nəzarəti altında inkişaf etdirilən IDAS sistemi sualtı qayıqların sağqalma qabiliyyətində mühüm addım hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   IDAS  


Bizi "telegram"da izləyin