Ukrayna səssiz logistika robotu “Zmiy”in hərbi istifadəsinə icazə verib

2025/02/1738576611.jpg
Oxunub: 452     14:00     04 Fevral 2025    
Ukrayna Müdafiə Nazirliyi ölkə istehsalı olan İnsansız Quru Platformasının (İQP) cəbhəyə göndərilməsinə rəsmən icazə verib.

Ordu.az xəbər verir ki, Ukrayna dilində “ilan” mənasını verən “Zmiy” adlı İQP ballistik və minadan qorunma qabiliyyətinə malikdir, 500 kiloqrama qədər yük daşıya bilir.

Aşağı quruluşuna görə, “Zmiy” demək olar ki, görünməzdir və oxşar çəkidə qoşquları yedəkləmək qabiliyyətinə malikdir.

Robotun dartma qüvvəsi və kütləsi təkcə insanları və ya yükləri deyil, həm də yüngül vasitələri təhlükə zonasından çıxarmaq üçün kifayət qədər güclüdür. Zəruri hallarda robota əlavə modulların qoşula biləcəyi bildirilir.

Səssiz elektrik mühərriki ilə təchiz edilmiş İQP geniş profilli metal təkərlər üzərində hərəkət edir, buna görə də yolsuzluq şəraitini, qayaları, bataqlıqları və dayaz su maneələrini dəf edə bilir.

Uzaqdan bir operator tərəfindən idarə olunan və sərt zəmində saatda 14 kilometrə, relyefdə isə saatda 13 kilometrə qədər sürətə çata bilən “Zmiy” 2024-cü ildə NATO kodlaşdırması da alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zmiy  


Bizi "telegram"da izləyin