Ukrayna PUA-larla Həştərxandakı zavoda hücum edib, obyektdə yanğın olub

2025/01/1737004353.jpg
Oxunub: 498     10:39     03 Fevral 2025    
Ukraynanın Rusiyanın Həştərxan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində qaz emalı zavodunda yanğın olub.

Ordu.az-ın “unian“a istinadən məlumata görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya mətbuatında yayılan bu xəbəri təsdiqləyib:

“Bu, Rusiyanın aparıcı energetika obyektlərindən biridir. Həmin müəssisə qaz kondensatının emalı, eləcə də dizel yanacağı və digər məhsullar istehsal edir” – deyə, A. Kovalenko qeyd edib.

Onun sözlərinə görə, energetika sektoru müdafiə sahəsinin maliyyələşdirilməsinin əsas mənbəyi olduğundan zavod Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə bilavasitə təsir göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin