Şoltz ifrat sağçılarla hər hansı əməkdaşlığı istisna edib

2025/02/1738569318.jpg
Oxunub: 453     09:12     03 Fevral 2025    
Almaniya kansleri Olaf Şoltz Xristian Demokrat İttifaqı və onun lideri, Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Mertzin miqrasiya siyasətinin sərtləşdirilməsi və “Almaniya üçün Alternativ”lə əməkdaşlıq təkliflərinə etiraz edənlərlə həmrəy olduğunu bildirib, həmçinin ifrat sağçılarla hər hansı əməkdaşlığı istisna edib.

Ordu.az xəbər verir ki, Şoltz bu barədə “X” hesabında yazıb.

“Biz heç vaxt ifrat sağçılarla əməkdaşlıq etməyəcəyik. Biz bunun əleyhinəyik. Mən ölkə boyu yüz minlərlə vətəndaşın bu mesajı ilə tam razıyam”, - kansler qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Şoltz  


Bizi "telegram"da izləyin