ABŞ-də qeyri-qanuni sərhəd keçidləri 93 faiz azalıb

2025/02/1738520410.jpg
Oxunub: 459     22:17     02 Fevral 2025    
Prezident Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-da sərhədi qanunsuz keçmələrin sayı 93 faiz azalıb.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ-nin yeni administrasiyasında sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyasına cavabdeh olan Tomas Homan deyib.

"Sərhəd keçidləri 93% azalıb. Bu, Trampın birinci dövründəkindən daha böyük azalmadır. <...> Bizim irəlidə görüləsi çox işimiz var", - deyə o bildirib.

O qeyd edib ki, “təhlükəsiz sərhəd olmadan etibarlı milli təhlükəsizlik mümkün deyil”.

"[Miqrantların] deportasiya əməliyyatına gəlincə, onun həyata keçirilməsinin ilk həftəsində biz artıq əksəriyyəti cinayətkar olan 5 min insanı saxlamışıq", - deyə T.Homan əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin