Əhməd əş-Şara bu gün Səudiyyə Ərəbistanına səfər edib - YENİLƏNİB

2024/12/1734888672.jpg
Oxunub: 1073     17:05     02 Fevral 2025    
Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xarici işlər naziri Əsəd Həsən Şeybaninin müşayiəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-İhbariyyə" telekanalı məlumat yayıb.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü gözlənilən Əhməd əş-Şara Suriyanın keçid dövrü prezidenti seçildikdən sonra ilk xarici səfərini edib.

***

Əhməd Əş-Şaraa Suriyanın keçid prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

Ordu.az bu barədə Suriyanın “Al Watan” qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, Əhməd Əş-Şaraa fevralın 2-də Ər-Riyada gedəcək. Səfərlə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

“Türkiye” qəzeti isə bildirib ki, Suriya rəhbəri iki həftəlik Ankaraya səfər edəcək.

Qeyd edək ki, Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında vurğulanıb ki, Əhməd Əş-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin