Almaniya və müttəfiqləri IRIS-T “Block II” inkişaf etdirmə layihəsi üzrə razılığa gəliblər

2025/02/1738401285.jpg
Oxunub: 590     17:02     03 Fevral 2025    
Almaniyanın müdafiə şirkəti “Diehl Defence” Almaniya, İtaliya, İspaniya və İsveç adından IRIS-T “Block II” “hava-hava” raketlərinin hazırlanması və istehsalı üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin verdiyi açıqlamada bildirilib.

Açıqlamada bu müqavilənin Almaniyanın Silahlı Qüvvələrin Təchizatı, İnformasiya Texnologiyaları və Xidməti Dəstək üzrə Federal İdarəsi (BAAINBw) tərəfindən 2024-cü ilin dekabr ayının sonunda imzalandığı bildirilib.

“Diehl”in açıqlaması “Block II” yeniləməsinin texniki detallarını paylaşmayıb. Bununla belə, raketin davamlı olaraq inkişaf etdiriləcəyi və “hava-hava” döyüşündə yeni imkanlar qazanacağı bildirilib.

“BAAINBw” rəsmiləri müqavilənin qiyməti, sifariş edilən raketlərin sayı və çatdırılma tarixləri barədə məlumat verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   IRIS-T  


Bizi "telegram"da izləyin