ABŞ HHQ 6-cı nəsil döyüş təyyarəsi üçün mühərrik inkişaf etdirilməsi ilə bağlı ayrılan vəsaiti 3 dəfə artırıb

2025/02/1738390642.jpg
Oxunub: 535     17:01     05 Fevral 2025    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) 6-cı nəsil döyüş təyyarəsi üçün mühərrik inkişaf etdirilməsi ilə bağlı ayrılan vəsaiti 3 dəfə artırıb.

Ordu.az xəbər verir ki, ABŞ HHQ 6-cı nəsil döyüş təyyarəsi üçün hazırlanan prototip mühərriklər üçün maliyyəni əhəmiyyətli dərəcədə artırıb.

“General Electric” (GE) və “Pratt & Whitney” Yeni Nəsil Adaptiv Hərəkət Sistemi (NGAP) layihələrinin prototip mərhələsi üçün ayrılan maliyyəni 3,5 milyard dollara qədər artırıb.

Bu məbləğ 2022-ci ildə hər iki şirkətə verilən ilkin müqavilələrdə müəyyən edilmiş 975 milyon dollarlıq tavandan 3 dəfə çoxdur.

“Defence News”un məlumatına görə, NGAP HHQ-nin gələcək Yeni Nəsil Hava Hakimiyyəti (NGAD) döyüş təyyarəsi üçün əsas hərəkət sistemi kimi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin