Fransa ABŞ əvəzinə yerli istehsala üstünlük verdi: “Thales”ə yüzlərlə akustik şamandıra sifarişi

2025/02/1738390011.jpg
Oxunub: 402     12:06     04 Fevral 2025    
Fransa ordusu sualtı qayıqlara qarşı mübarizə və dənizə yaxınlaşmaların müşahidəsi üçün “Thales”dən yüzlərlə akustik şamandıra sifariş edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransa Hərbi Dəniz Qüvvələri indiyədək şamandıraların tədarükü üçün Birləşmiş Ştatların müdafiə sənayesinə güvənərkən, silahlı qüvvələr 2021-ci ildə “Thales”in üç il əvvəl təqdim etdiyi “SonoFlash” akustik şamandırası əsasında suveren sektorun yaradılmasını təşviq etmək qərarına gəlib.

Layihə çərçivəsində TELERAD, “SelhaGroup” və “Realmeca” kimi bəzi şirkətlərin “subpodratçı şəbəkəsi”nin bir hissəsi olduğu müəyyən edilib.

Fransa Silahlanma Agentliyi (DGA) “SonoFlash” çərçivə müqaviləsi çərçivəsində “Thales”dən bir neçə yüz akustik şamandıra sifariş etdiyini açıqlayıb. Bu satınalmanın məbləği bildirilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ABŞ   Thales  


Bizi "telegram"da izləyin