O bu barədə ABŞ-nin Sərhəd və Gömrük Xidmətinin əməkdaşlarının hansı məqsədlə Ermənistana səfər edəcəkləri sualına cavab olaraq danışıb. Səfər məsələsini ABŞ-nin artıq keçmiş dövlət katibi Entoni Blinken Ermənistan-ABŞ sənədinin imzalandığı gün açıqlamışdı. Ermənistan xarici işlər nazirinin müavini bəyan edib ki, sərhəd mühafizə xidmətinin imkanlarının artırılması bütün Ermənistan sərhədçilərinin dövlət sərhədində xidməti yerinə yetirməsinə gətirib çıxara bilər.
Onun sözlərinə görə, dünyada ideal vəziyyət dövlətin öz sərhədlərini qorumasıdır. Ermənistan xarici işlər nazirinin müavininin bəyanatı Ermənistan və Rusiya XİN rəhbərlərinin Moskva görüşündən üç gün sonraya təsadüf edir. Söhbət ən azından əvvəllər mövcud olan Ermənistan-Rusiya ab-havasından, ritorikasından açıq-aşkar fərqli olan görüşdən gedir.
Bundan üç gün sonra Ermənistan xarici işlər nazirinin müavini xüsusilə ABŞ sərhədçilərindən ibarət nümayəndə heyətinin səfəri kontekstində rus sərhədçilərin çıxarılmasından danışır. Ermənistan xarici işlər nazirinin müavininin açıqlamasının nə vaxtsa sual şəklində Rusiya tərəfinə ünvanlanacağı şübhəsizdir.
Erməni diplomat cəmi üç gün əvvəl elan edilmiş müəyyən kommunikasiya problemlərinin aradan qaldırılmasına start verilməsinə “ehtiyatsızlıqdan” daş atıb, yoxsa İrəvan və Moskva Moskva görüşündə, bununla belə, bu məsələni müzakirə ediblər və Ermənistanın xarici işlər nazirinin müavini məhz həmin müzakirənin “əsas”ına sahib olaraq buna toxunur?
Hər halda, İrəvan və Moskva arasında artıq Paşinyan-Putin səviyyəsində sərhədçilərlə bağlı iki razılaşma var. 2024-cü ilin may görüşündə rus sərhədçiləri Zvartnots hava limanı sərhəd-keçid məntəqəsindən tamamilə çıxarmaq barədə, 2024-cü ilin oktyabrında isə Ermənistan-İran sərhədi ilə bağlı razılığa gəliblər. Buna uyğun olaraq indi sərhəd-pasport keçid məntəqəsində xidmət tam şəkildə yalnız Ermənistan Sərhəd Xidməti tərəfindən, bütün sərhəd boyu xidmət isə birgə həyata keçirilir.
Yeri gəlmişkən, xarici işlər nazirlərinin Moskva görüşündən əvvəl Paşinyan-Putin telefon danışığı olub. Xarici işlər nazirlərinin görüşündə Zəngəzurda Rusiya konsulluğunun açılması məsələsini müzakirə etdikləri açıqlanıb. Təbii olaraq hansı qərarın verildiyi deyilmədi, amma indi Ermənistan xarici işlər nazirinin müavininin bəyanatı ilə bağlı belə qənaətə gəlmək olarmı ki, İrəvan və Moskva məsələni “mübadilə”, yəni, belə demək mümkündürsə, sərhəd xidməti müqabilində konsulluq prinsipi ilə müzakirə ediblər?
Belə olan halda ortaya sual çıxacaq ki, Zəngəzurda konsulluq Rusiya üçün Ermənistan-Türkiyə sərhədində olmaqdan daha önəmli ola bilərmi? Lakin bu sualın cavabı gələcəkdədir, çünki cari ölçmələr istənilən vaxt, hətta günlər ərzində də dəyişə bilər.
Aqil Məmmədov
Ordu.az