Rusiya-İran razılaşmasından sonra Tehranda ilk səs-küylü qətl – BAXIŞ BUCAĞI

2025/01/1737445951.jpg
Oxunub: 587     11:49     21 Yanvar 2025    
İran KİV-ləri Tehranda İran Ali Məhkəməsinin iki hakiminin qətlə yetirildiyini bildirib. Naməlum silahlı şəxs məhkəmə binasına daxil olaraq, İranda tanınmış hakimlər olan iki hakimi qətlə yetirib.

Məlumata görə, hakimləri öldürən şəxs intihar edib. Onun heç bir məhkəmə işi olmadığı bildirilir. Baş verənlərin terror, yoxsa başqa bir cinayət növü olduğu hələlik bəlli deyil. İranda belə hadisələr təəssüf ki, nadir deyil. Lakin yanvarın 18-də Ali Məhkəmənin iki tanınmış hakiminin öldürülməsi faktiki olaraq Moskvada Rusiya-İran müqaviləsinin imzalanmasının ertəsi günü baş verdiyi üçün diqqət çəkir.

Söhbət bir sıra əsas regionlarda yeni reallıqları formalaşdırmağa qadir olan, şübhəsiz ki, böyük geosiyasi əhəmiyyətə malik hadisə olan müqavilədən gedir. Üstəlik, Rusiya-İran razılaşmasının 47 bəndi arasında daxili vəziyyətlərə də istinad edilir. Xüsusilə sazişin müddəalarından birində qeyd edilir ki, müqavilə tərəfləri ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mühüm dövlət obyektlərinin mühafizəsi, silah dövriyyəsinə dövlət nəzarəti məsələlərində əməkdaşlığı təmin edirlər.

Faktiki olaraq, tərəflər bu məsələlərdə istənilən formada yardım üçün bir-birinə müraciət edə bilərlər. Tehran İran daxilində ictimai asayişin və ya ictimai təhlükəsizliyin qorunmasında yardım üçün Rusiyaya müraciət edəcəkmi? İranın daxili “həssaslığı” ilə bağlı qiymətləndirmələr və müşahidələr geniş yayılıb, bunlar müntəzəm olaraq İranın təhlükəsizlik problemlərinin və mühitinin müzakirəsi kontekstində qeyd olunur.

Faktiki olaraq, müqavilənin imzalanmasından sonra Tehranda səs-küylü cinayət baş verir ki, bu da razılaşma fonunda, şübhəsiz, tamamilə “yeni işıq altında” ifadə olunur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin