Tramp ABŞ-də milli enerji fövqəladə vəziyyət elan edib

2025/01/1737396200.jpg
Oxunub: 537     21:53     20 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp ölkənin neft və qaz hasilatını artırmaq məqsədilə milli enerji fövqəladə vəziyyət elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp and içmə mərasimi zamanı çıxış edərkən deyib.

"İnflyasiya böhranına kütləvi həddən artıq xərclər və enerji qiymətlərinin artması səbəb oldu və buna görə də bu gün mən milli enerji fövqəladə vəziyyəti elan edəcəyəm. Biz qazma işləri aparacağıq!" - deyə o vurğulayıb.

Bundan əlavə, D.Tramp seçkiqabağı vədlərini yerinə yetirərək Alyaskanın təbii ehtiyatlarından fəal şəkildə istifadə etmək və qaz avadanlıqlarını federal məhdudiyyətlərdən qorumaq niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin