Ərdoğan: "Suriyada terrorçular olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss etməyəcək"

2023/09/65045-1694782428.jpg
Oxunub: 432     20:13     17 Yanvar 2025    
Suriyada terrorçular mövcud olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss edə bilməyəcək.

Ordu.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir.

Dövlət başçısı bunun dinc, yaxud məcburi yolla ola biləcəyinə də diqqət çəkib: "Suriya xalqı gələcəyini özünün müəyyənləşdirəcəyi yeni hakimiyyətin formalaşması istiqamətində inamla irəliləyir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Suriya  


Bizi "telegram"da izləyin