Peruda helikopter qəzalı eniş edib, yaralananlar var

2025/01/1737097360.jpg
Oxunub: 2832     09:55     17 Yanvar 2025    
Perunun şimalındakı Amasonas regionunda polis helikopterinin qəzalı enişi nəticəsində 11 nəfər yaralanıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Müdafiə naziri aerodroma gəlib. Səkkiz nəfər polis təyyarəsi ilə xəstəxanaya çatdırılıb. Digər üç yaralı Peru ordusunun təyyarəsi ilə təxliyə edilib", - nazirlikdən bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin