Ordu.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya deyib.
O həmçinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirakı zamanı onunla görüş ehtimalının olduğunu və bu zaman ölkələr arasında iqtisadi və hərbi sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəyini açıqlayıb.
Bu səfər reallaşsa, T. İvaya yeni prezidentlə məhz andiçmədən sonra görüşəcək ilk Yaponiya rəsmisi olacaq.
T. İvayanın həmçinin D. Tramp tərəfindən namizədliyi dövlət katibi postuna irəli sürülən Mark Rubio ilə də müzakirə aparacağı planlaşdırılır.
Ordu.az