Türkiyə NATO-nun müdafiə sənayesi istehsalına daha çox töhfə vermək istəyir

2025/01/1737095489.jpg
Oxunub: 583     20:58     20 Yanvar 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün Türkiyənin müdafiə sənayesi məhsullarını dost və müttəfiq ölkələrlə açıq və yenilikçi əməkdaşlıq yanaşması ilə paylaşdığını bildirib.

Ordu.az xəbər verir ki, Görgün NATO-nun Brüsseldəki qərargahında NATO-nun Baş katibi Mark Rutte ilə görüşündən sonra jurnalistlərə açıqlama verib.

Rutte və digər yüksək səviyyəli NATO rəsmiləri ilə görüşlər keçirdiyini bildirən Görgün səfərin Ruttenin noyabr ayında TUSAŞ-yə səfəri əsasında qurulduğunu xatırladıb.

“NATO-nun Baş katibi Rutte ilə çox məhsuldar görüşümüz oldu. Türkiyədə müdafiə sənayesinin inkişafı, dinamizmi, müxtəlifliyi və geniş spektri haqqında danışdıq. Türkiyənin NATO-ya verdiyi töhfələri və dəstəyi xüsusilə sənayeləşmə və tədarük zəncirinin təhlükəsizliyi baxımından müttəfiqlik ruhu çərçivəsində qiymətləndirdik”, - deyə o qeyd edib.

Görgün Ruttenin xüsusilə Türkiyə səfərindən sonra ölkənin müdafiə sənayesinin inkişafını yaxından izlədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin