Monqolustan prezidenti TUSAŞ-ı ziyarət edib

2025/01/1737095445.jpg
Oxunub: 483     12:30     17 Yanvar 2025    
Türkiyənin TUSAŞ şirkətinin Baş direktoru Mehmet Demiroğlu Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxun daxili işlər naziri Ali Yerlikaya ilə birlikdə TUSAŞ-ı ziyarət etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu ziyarət Türkiyə və Monqolustan arasında müdafiə və aviasiya sənayesində əməkdaşlıq imkanlarının gücləndirilməsi istiqamətində mühüm addım hesab edilib.

Demiroğlu bildirib ki, şirkət turu zamanı TUSAŞ-ın yerli və milli məhsullarını, müdafiə sənayesindəki innovativ texnologiyalarını və gələcək layihələri prezident Xurelsuxa təqdim ediblər.

“Müdafiə sənayesindəki son yenilikləri çatdıraraq, əməkdaşlıq imkanlarını qiymətləndirmək şansımız oldu”, - deyə o qeyd edib.

Ziyarət zamanı TUSAŞ-ın xüsusilə aviasiya sahəsində həyata keçirdiyi layihələr, müdafiə sənayesi sahəsində Monqolustan ilə birgə iş potensialı müzakirə edilib.

İki ölkə arasındakı bu təmasların müdafiə texnologiyalarında yeni qapılar açacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUSAŞ  


Bizi "telegram"da izləyin