Cənubi Koreyada polis prezidentin təhlükəsizlik xidmətinin direktorunu saxlayıb

2025/01/1737091411.jpg
Oxunub: 1485     08:08     17 Yanvar 2025    
Cənubi Koreya polisi prezidentin təhlükəsizlik xidmətinin direktoru vəzifəsini icra edən Kim Son Hunu həbs edib.

Ordu.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Kim Son Hun dindirilmək üçün Seuldakı Milli İstintaq Agentliyinin qərargahına gəldikdən sonra saxlanılıb.

O, öz vəzifələrini yerinə yetirərkən hakimiyyət orqanlarına mane olmaqda şübhəli bilinib. Həbs olunmazdan əvvəl özü də təhlükəsizliyin təmin edilməsi üçün qanuni vəzifələrini yerinə yetirdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Polis  


Bizi "telegram"da izləyin