Sorğu: Amerikalıların əksəriyyəti Baydenin fəaliyyətindən narazıdır

2025/01/1737090944.jpg
Oxunub: 358     06:13     17 Yanvar 2025    
Amerika vətəndaşlarının əksəriyyəti yanvarın 20-də prezident postunu Respublikaçı Donald Trampa təhvil verəcək ABŞ prezidenti Co Baydenin fəaliyyətindən narazıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” kanalının keçirdiyi sorğunun nəticələri göstərib.

Belə ki, respondentlərin 57%-i Baydenin prezident kimi fəaliyyətini bəyənməsə də, 42%-i ondan razıdır. Sorğu iştirakçılarının 1%-i bu suala cavab verə bilməyib.

Baydenin amerikalılar arasında bəyənmə reytinqi ABŞ-ın 44-cü prezidenti Barak Obamanın (57%) və ABŞ-nin 42-ci lideri Bill Klintonun (62%) reytinqindən aşağı olub.

Yanvarın 20-də Ağ Evə qayıdacaq Donald Tramp da birinci müddətinin sonunda Baydeni geridə qoyub və amerikalıların 47%-i onun performansına müsbət qiymət verib.

Yanvarın 10-dan 13-dək aparılan sorğuya ölkə üzrə 900-dən çox amerikalının cavabları daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amerika   Bayden  


Bizi "telegram"da izləyin