İranda təlim təyyarəsi qəzaya uğrayıb, üç nəfər ölüb

2024/06/1717564677.jpg
Oxunub: 466     12:44     15 Yanvar 2025    
İranın Rəşt şəhəri yaxınlığında "Fərəc" təlim təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Ordu.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, qəzaya səbəb texniki nasazlıq göstərilib.

Bildirilib ki, hadisə nəticəsində pilot, ikinci pilot və göyərtə mühəndisi ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin