Ordu.az-ın "Al Masirah" telekanalına istinadən verdiyi məlumata görə, bunu husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya açıqlayıb.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri işğal altındakı Fələstinin cənubundakı Umm ər-Rəşraş bölgəsində (Eylat şəhərinin ərəbcə adı - red.) İsrailin düşmən elektrik stansiyasına qanadlı raketlə hücum edərək hərbi əməliyyat keçirib", – Səriya bildirib.
Hərbi əməliyyatın nəticələri bəlli deyil.
Ordu.az