Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Şirkət bildirib ki, son həftələrdə Sidney və Yohannesburq arasında bir neçə reysi uçuşdan az əvvəl ertələyib, çünki “SpaceX” raketlərinin hissələrinin atmosferə qayıtma vaxtları gec bildirişlə dəyişdirilib.
Şirkətin əməliyyat mərkəzinin rəhbəri Ben Holland bildirib ki, “Qantas” aviaəlaqələrin pozulmasını qabaqlamaq üçün belə olayların daha dəqiq proqnozlaşdırılması imkanını öyrənmək məqsədilə “SpaceX” ilə əlaqə saxlayıb.
Qeyd edək ki, “Qantas” 1950-ci illərin əvvəllərindən Hind okeanının cənub hissəsi üzərindən keçən marşrutlara xidmət göstərir və bu regionda fəaliyyət göstərən az sayda aviaşirkətlərdən biridir.
Ordu.az