Meksika Prezidenti Trampın andiçmə mərasiminə dəvət almayıb

2025/01/1736879077.jpg
Oxunub: 531     23:34     14 Yanvar 2025    
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə dəvət almayıb.

Ordu.az xəbər verir ki, bu barədə Meksika lideri gündəlik mətbuat konfransında məlumat verib.

Şeynbaumdan Trampın andiçmə mərasiminə dəvət alıb-almadığı soruşulduqda, o, “Xeyr, amma eybi yoxdur, eybi yoxdur. Meksikanın ABŞ-dakı səfiri andiçmə mərasimində iştirak edəcək, problem yoxdur” deyə cavab verib.

Xatırladaq ki, noyabrın 25-də Donald Tramp vəzifəyə başladığı ilk gündən etibarən qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gətirilən bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

Meksika rəsmiləri bu qərara cavab olaraq, ABŞ-a qarşı eyni tədbirlərin görüləcəyini və ticarət müharibəsinin ABŞ iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb olacağını bəyan ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   ABŞ  


Bizi "telegram"da izləyin