Tehran İrəvanın Aİ-yə doğru istiqamətlənməsini təhdid hesab etmir? – BAXIŞ BUCAĞI

2025/01/1736835640.jpg
Oxunub: 767     13:21     14 Yanvar 2025    
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən bildirib ki, iki ölkə arasında münasibətlərdə sarsılmaz olan bir təminat var: Ermənistan və İranı təbii maraqlar birləşdirir.

Paşinyanın ifadəsi kifayət qədər maraqlıdır və ola bilsin ki, rəsmi İrəvanın yüksək rütbəli İran rəsmisi ilə söhbətinin məntiqini əks etdirir. Təbii ki, Paşinyan Ermənistan və İranın təbii marağının tərifini ətraflı açıqlamayıb və burada təbii ki, hər cür təxminlər və ya şərhlər ola bilər.

Lakin ifadə özlüyündə, xüsusilə çox bəlağətlidir. Müvafiq olaraq, bu bəlağət ya İrəvanın İran rəsmisinin səfərinin nəticəsindən məmnunluğundan irəli gəlir, burada isə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin Bakıya səfərindən dərhal sonra İrəvana getdiyini qeyd etmək yerinə düşər, ya da bu bəlağətin səbəbi və motivi Tehranın siyasi və diplomatik səyi ilə bağlı hər hansı bir gözləntidir.

Eyni zamanda, sözsüz ki, İrəvanın yüksək rütbəli iranlı qonağı Ermənistanın Avropa İttifaqına qəbul prosesinin başlaması təşəbbüsünə Paşinyan hakimiyyətinin müsbət cavabı ilə “qarşılaması” da diqqət çəkir. Bu məsələ, şübhəsiz ki, mahiyyət etibarilə İranın təbii maraqları sferasına daxuil deyil, Tehran bunu müntəzəm olaraq, müxtəlif hallarda və müxtəlif formalarda ifadə edir.

Məgər Paşinyanın bəyanatı bundan xəbər verirmi ki, İrəvanda müzakirələr zamanı İranın təhlükəsizlik sisteminin yüksək dərəcəli nümayəndəsi Ermənistanın başlatdığı prosesin hər hansı bir şəkildə İranın təbii maraqlarını təhdid edən riskləri ehtiva etməyəcəyinə və üstəlik, Ermənistanla İranın sahib olduğu, Paşinyanın fikrincə, sarsılmaz olan ümumi maraqlara, mənafelərə töhfə verə biləcəyinə inandırılıb?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran    


Bizi "telegram"da izləyin