Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir

2025/01/57755-1736759465.jpg
Oxunub: 523     12:57     13 Yanvar 2025    
Cenevrədə Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə problemi üzrə qapalı danışıqlar keçirilir.

Ordu.az ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın XİN başçısının müavini Kazem Qarib-Abadi bildirib.

Danışıqlar mətbuat üçün qapalıdır. Onların keçirildiyi konkret yer və iştirakçıların səviyyəsi açıqlanmayıb.

Daha əvvəl Qarib-Abadi bildirmişdi ki, İranla Avropa arasında nüvə sazişinin bağlanması məsələsi üzrə yeni məsləhətləşmələr mərhələsi yanvarın 13-də keçiriləcək.

İranla "Avropa üçlüyü" arasında nüvə proqramı üzrə son danışıqlar ikiillik fasilədən sonra 2024-cü il noyabrın 29-da Cenevrədə keçirilib. Danışıqlarda İran nümayəndə heyətinə İran XİN başçısının siyasi məsələlər üzrə köməkçisi Məcid Təxt-Ravançi rəhbərlik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cenevrə   Britaniya   Fransa   Almaniya   İran  


Bizi "telegram"da izləyin