"ABŞ-ın sanksiyaları yanacağın qiymətlərinin artmasına səbəb olur" - Siyarto

2024/04/1714037461.jpg
Oxunub: 563     15:38     12 Yanvar 2025    
ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları Mərkəzi Avropa üçün ciddi enerji problemləri yaradır və yanacağın qiymətinin artmasına səbəb olur.

Ordu.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto M1 telekanalına deyib.

O, bunları Co Bayden administrasiyasının Rusiyanın neft-qaz şirkətlərinə, eləcə də Serbiyanın NIS şirkətinə qarşı cəza tədbirləri tətbiq etmək qərarını şərh edərkən söyləyib.

“Bu yeni sanksiyalar paketi Mərkəzi Avropa üçün ciddi problem yaradır. Çünki burada Mərkəzi Avropada sanksiyalar siyahısına Serbiyaya neft tədarükündə əsas rol oynayan şirkət daxildir” nazir deyib.

O qeyd edib ki, bu sanksiyalar neft və qaz tədarükünün azalmasına gətirib çıxarır və Mərkəzi Avropada yanacağın qiymətinin ciddi şəkildə artmasına səbəb ola bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin