BMT: Qəzzada məktəblərin 88%-i hücumlar nəticəsində dağıdılıb və ya zədələnib

2025/01/1736672064.jpg
Oxunub: 491     12:35     12 Yanvar 2025    
Qəzza zolağında məktəb binalarının azı 88 %-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88 %) dağıdılıb və ya ciddi şəkildə zədələnib. Eyni zamanda, Fələstin anklavında binaların təxminən 69 %-i dağıdılıb və ya zədələnib.

HMƏİ daha əvvəl bildirmişdi ki, BMT 2024-cü il oktyabrın 6-dan dekabrın 15-dək İsrailin Qəzzada məktəblərə 95 hücumunu sənədləşdirib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilər üçün sığınacaq kimi xidmət edirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qəzza  


Bizi "telegram"da izləyin