Ordu.az xəbər verir ki, bu barədə Sinxua agentliyinə Mülki Müdafiə sözçüsü Mahmud Basal məlumat verib.
Onnu sözlərinə görə, təkcə İsrailin Cəbəliyada köçkünlərin yaşadığı məktəbi bombalaması nəticəsində ikisi uşaq olmaqla 8 fələstinli həlak olub, 19-u uşaq olmaqla 30-dan çox adam yaralanıb.
Şucayyə və Əl-Rimal məhəlləsindəki evlərə atılan bombalar beş nəfərin ölümünə səbəb olub. Əl-Nəfəq küçəsində vətəndaşların toplaşdığı yerə endirilən hava zərbələrində 4 nəfər həlak olub.
Ordu.az