Husilər ABŞ-nin aviadaşıyıcısına raket və dronlarla hücum edib

2025/01/1736658862.jpg
Oxunub: 540     00:35     12 Yanvar 2025    
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcısına raket və dronlarla hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya deyib.

Onun sözlərinə görə, husilərin hücumundan sonra təyyarədaşıyan gəmi Qırmızı dənizin şimal hissəsinə getmək məcburiyyətində qalıb.

Hücumların nəticələri barədə hələ ki məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   ABŞ  


Bizi "telegram"da izləyin