ASDP Şoltsu kansler vəzifəsinə namizədliyini təsdiqləyib

2024/12/1734496477.jpg
Oxunub: 477     19:21     11 Yanvar 2025    
Olaf Şolts Almaniya Sosial Demokrat Partiyası (SPD) tərəfindən rəsmi olaraq Almaniya kansleri vəzifəsinə namizəd kimi təsdiqlənib.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşr qeyd edib ki, Şoltsun namizədliyi SPD partiyasının qurultayında təsdiqlənib. Nəşr bunun zəif sorğu nəticələrinə baxmayaraq edildiyini vurğulayıb.

Nəticələr açıqlandıqdan sonra Almaniyanın hazırkı kansleri altı dəqiqəlik sürəkli alqışlarla qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   ASDP  


Bizi "telegram"da izləyin