KİV: Fidan Suriya üzrə görüşdə sanksiyaların ləğvini istəyəcək

2024/12/1734583663.jpg
Oxunub: 554     15:01     11 Yanvar 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya üzrə beynəlxalq görüşdə Dəməşqə qarşı həyati əhəmiyyətli sahələrdə tətbiq edilən sanksiyaların ləğvinin zəruriliyini açıqlamaq niyyətindədir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib.

"Gözlənilir ki, nazir görüşdə Suriyaya qarşı həyati əhəmiyyətli sahələrə tətbiq edilən sanksiyaların ləğvi məsələsində dəstəyini ifadə edəcək. O, həmçinin Suriyanın bərpası üçün sistemli və ardıcıl tədbirlərin görülməsi və onların həyata keçirilməsi tempinin azaldılmamasının vacibliyini qeyd edəcək", - mənbə bildirib.

Bundan əlavə, Türkiyənin XİN başçısı Suriyanın bərpası məqsədinə nail olmağın mühüm elementi kimi ərəb respublikasının "ərazi bütövlüyü və birliyi prinsipinə riayət edilməsini" təsdiqləmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Suriya   Sanksiya  


Bizi "telegram"da izləyin