“Scorpene” sinfinə məxsus sualtı qayıqların Hindistana tədarükü tamamlanıb

2025/01/Ekran-1736591641.jpg
Oxunub: 825     21:32     11 Yanvar 2025    
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) altıncı və sonuncu “Scorpene” sinfnə məxsus “Vaghsheer” sualtı qayığını təhvil alıb.

Ordu.az xəbər verir ki, “Mazagon Dock Shipbuilders Limited” (MDL) yanvarın 9-da “Scorpene” sinfinə məxsus sualtı qayıqların sonuncusu “Vaghsheer”i Hindistan HDQ-yə təhvil verib.

Bu sualtı qayıq 2 döyüş gəmisi ilə birlikdə Hindistan HDQ-də INS “Vaghsheer” kimi istifadəyə veriləcək.

“Project P-75” çərçivəsində təhvil verilmiş əvvəlki 5 sualtı qayıqdan fərqli olaraq, “Vaghsheer” yerli olaraq hazırlanmış kondisioner sistemi, daxili rabitə və yayım sistemi, əsas batareyalar və “Ku”-Diapazon SATCOM ilə təchiz edilib.

MDL tərəfindən istehsal olunan sualtı qayıqlar Fransanın “Naval Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində lisenziya əsasında istehsal olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Scorpene   Hindistan  


Bizi "telegram"da izləyin