Ordu.az xəbər verir ki, Suriyanın yeni administrasiyası Rusiyanın Tartusdakı əməliyyatlarını dayandırıb.
Dekabrda Rusiyanın Kalininqrad vilayətindən yola düşən “Sparta II” yük gəmisi yanvarın 5-də Suriya sahillərinə çatsa da, Tartus limanına yan almasına icazə verilməyib.
Tartus limanı Moskvanın regional strategiyasında mühüm rol oynayır, çünki Rusiya sərhədlərindən kənarda yeganə hərbi dəniz bazasına ev sahibliyi edir.
Ancaq gəminin Krımdan Suriyaya hərbi texnika daşıması kimi sanksiyalara məruz qalan əvvəlki fəaliyyətləri bu imtinanın səbəblərindən biri kimi göstərilir.
Tartusdakı hərbi təxliyə səylərinin dayanması Rusiyanı “Hmeymim” aviabazasından hava əməliyyatları vasitəsilə şəxsi heyətini və kiçik miqyaslı aktivlərini çıxarmağa məcbur edib.
Sevinc Əliyeva
Ordu.az