ABŞ HDQ-nin gəmi inşa planı növbəti 30 il ərzində 1 trilyon dollara başa gələcək

2025/01/1736579450.jpg
Oxunub: 457     13:25     15 Yanvar 2025    
ABŞ Hərbi Dəniz Qüvvlərinin (HDQ) gəmi inşa planı növbəti 30 il ərzində 1 trilyon dollara başa gələcək.

Ordu.az xəbər verir ki, döyüş gəmiləri parkını genişləndirmək planını yerinə yetirmək üçün ABŞ HDQ 2054-cü ilə qədər gəmi inşasına ildə 40,1 milyard dollar və ya ümumilikdə 1 trilyon dollardan çox pul xərcləməli olacaq.

ABŞ HDQ-nin son təklifinə əsasən, növbəti 30 il ərzində HDQ artan qlobal təhlükələrə qarşı müqavimət göstərmək üçün döyüş gəmiləri parkını 381-ə çatdırmaq istəyir.

Hazırda parkda 295 gəmi var və bu sayın 2027-ci ilə qədər 283-ə düşəcəyi gözlənilir. Bu tarixdə ABŞ HDQ istifadəyə verəcəyi gəmilərdən daha 13 gəmini istismardan çıxarmağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


Bizi "telegram"da izləyin