"Qrenlandiya ABŞ-nin tərkbinə daxil olmaq istəmir" - Baş nazir

2025/01/1736535728.jpg
Oxunub: 583     22:58     10 Yanvar 2025    
Danimarkanın özünü idarə edən ərazisi olan Qrenlandiya nə Danimarkaya, nə də ABŞ-a aid olmamalıdır.

Ordu.az-ın məlumatına görə, bu barədə Qrenlandiyanın baş naziri Mute Eqede Danimarkanın baş naziri Mette Frederiksen ilə mətbuat konfransı zamanı deyib.

"Biz Danimarkalı və ya Amerikalı olmaq istəmirik, biz Qrenlandiyalı olmaq istəyirik. Status-kvo artıq seçim deyil. Başqa bir yol tapmalıyıq", - deyə o bildirib.

Egede qeyd edib ki, daha əvvəl Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil etmək istəyini ifadə edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla hələ danışmayıb. O, əlavə edib ki, bu mövzuda dialoqa başlamağa hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrenlandiya   ABŞ  


Bizi "telegram"da izləyin