NATO ölkələri hərbi xərcləri artıracaq

2025/01/1736311911.jpg
Oxunub: 566     00:26     11 Yanvar 2025    
NATO ölkələri hərbi xərcləri artırmağa hazırdırlar.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto məlumat verib.

Buna baxmayaraq alyans ölkələri xərcləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın tələb etdiyi kimi ÜDM-in 5%-nə qaldırmayacaqlar. Bu rəqəmin ÜDM-nin 2%-dən çox olacağı nəzərdə tutulur.

“Görünən odur ki, artım olacaq. Düşünmürəm ki, 5% olacaq, indiki vəziyyətdə bu, mümkünsüzdür. Amma 2% də olmayacaq, ikidən çox olacaq”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Hərbi-xərc  


Bizi "telegram"da izləyin