ABŞ Honq-Konq, Hindistan və Çin şirkətlərinə sanksiya tətbiq edib

2024/12/fhgfh-1734362071.jpg
Oxunub: 604     22:07     10 Yanvar 2025    
ABŞ Dövlət Departamenti "Arctic LNG 2" layihəsi üzrə "Novatek" şirkəti ilə əməkdaşlığa görə Honq-Konq, Hindistan və materik Çində qeydiyyatdan keçmiş şirkətlərə sanksiya tətbiq edib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Məlumata əsasən, Çinin "Zhoushan Wison" şirkəit layihə üçün avadanlıq istehsalı və təchizatı üçün məhdudiyyətlərə məruz qaldı. Bundan əlavə, "Hong Kong Yaqining Shipping" şirkəti layihə üçün logistika xidmətləri göstərdiyinə görə sanksiyalar siyahısına daxil edilib.

Hindistanda qeydiyyatdan keçmiş "LNG tanker" operatorları "Skyhart Management Services Private Limited" və "Avision Shipping Services Private Limited" də məhdudiyyətlərə məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Honq-Konq   Hindistan   Çin  


Bizi "telegram"da izləyin