ABŞ-nin Nümayəndələr Palatası Netanyahuya görə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

2025/01/1736533134.jpg
Oxunub: 591     21:54     10 Yanvar 2025    
ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailin Qəzza zolağında atdığı addımlara görə İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbs edilməsinə dair çıxardığı qərara etiraz olaraq Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, Nümayəndələr Palatasının 243 üzvü qərarın lehinə, 140 nəfər isə əleyhinə səs verib.

Sözügedən sənəd Beynəlxalq Cinayət Məhkəməsininin ABŞ və onun müttəfiqlərinin müdafiə olunan şəxslərinin təhqiqatına və ya təqibinə yönəlmiş istənilən hərəkətinə qarşı sanksiyaları nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BCM   Netanyahu  


Bizi "telegram"da izləyin