Ordu.az-ın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidməti bildirib.
Təlimlər Avropanın cənubunda keçirilsə də, NATO onların əsas məqsədinin Rusiya sərhədləri yaxınlığında əməliyyatlar keçirmək olacağını bildirib.
"Təlimlər NATO-nun şərq cinahını gücləndirmək üçün qüvvələrini sürətlə yerləşdirmək qabiliyyətini nümayiş etdirəcək. Əlavə qoşunların yerləşdirilməsi güc baxımından yaxın olan düşmənlə simulyasiya edilmiş münaqişə zamanı baş verəcək", - deyə qeyd olunub.
Bildirilib ki, manevrlərfə NATO-nun 9 ölkəsindən quru, dəniz, hava və xüsusi təyinatlılar da daxil olmaqla 10 minə yaxın hərbçi iştirak edəcək.
Ordu.az