ABŞ Nikolas Maduronun həbsi üçün 25 milyon dollar mükafat təyin edib

2024/04/1713503946.jpg
Oxunub: 516     20:49     10 Yanvar 2025    
ABŞ Nikolas Maduronun Venesuela prezidenti kimi and içdiyi gün onun həbsi üçün 25 milyon dollar mükafat təyin edib.

Bu barədə Ordu.az BBC-yə istinadən xəbər verir.

"Biz Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Bundan əlavə, müdafiə naziri Vladimir Padrinonun həbsinə və mühakimə olunmasına səbəb olan məlumat üçün yeni 15 milyon dollar mükafat əlavə edirik", - ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə deyib.

Bundan əvvəl Venesuelanın paytaxtı Karakasda üçüncü dəfə ölkə prezidenti kimi fəaliyyətə başlayan Nikolas Maduronun andiçmə mərasimi keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maduro   ABŞ  


Bizi "telegram"da izləyin