Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilib.
Rusiyanın 20-dən çoxneft sənayesi xidməti şirkəti ABŞ sanksiyaları altına düşüb.
“Qazprom Neft” və “Surqutnefteqaz” törəmə şirkətləri ilə birlikdə ABŞ-nin sanksiyaların məruz qalıb.
Sanksiya siyahısına dəniz sığortası üzrə İnqosstrax və AlfaStrakhovanie də daxil edilib.
Amerika tərəfi həmçinin “Lukoyl”un həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova, “Başneft”in rəhbəri, “Zarubejneft”in rəhbəri Kudryaşov, “Qazprom Neft”in Moskva və Omsk neftayırma zavodlarına və “Surqutneftqaz”ın Kirişi neft emalı zavodlarına qarşı da sanksiyalar tətbiq edib.
Sanksiyalar, həmçinin Rusiya karbohidrogenlərinin daşınmasında iştirak edən və Sovcomflot, Rosneft və Qazprom Neft ilə əlaqəli 100-ə yaxın gəmiyə şamil edilir.
***
ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi neft sektorunu əhatə edəcək.
Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədinə istinadən məlumat yayıb.
Məhdudiyyətlər siyahısına Rusiya neftini daşıyan təxminən 180 tanker, onlarla treyder, iki böyük şirkət və onların rəhbərləri daxil ediləcək.
Ordu.az