Ərdoğan: "Dünya liderləri Türkiyənin regiondakı nüfuzunu təsdiqləyir"

2024/12/1734975330.jpg
Oxunub: 541     16:17     10 Yanvar 2025    
Donald Tramp da daxil olmaqla bütün dünya liderləri - hər kəs Türkiyənin uğurlarını, regiondakı nüfuzunu təsdiqləyir.

Ordu.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli şəhərində deyib.

Türkiyə lideri Avropa və Amerikada, bütün dünyada Türkiyədən danışıldığını vurğulayıb:

“Təəssüflər olsun ki, ölkə müxalifəti bunların heç birini görmür. Bilin ki, bütün bunlar, sadəcə, başlanğıcdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin