NATO Baltik dənizinə iki patrul gəmisi göndərəcək

2023/09/1694246909.jpg
Oxunub: 485     16:02     10 Yanvar 2025    
NATO infrastruktur təhlükəsizliyinin təmin olunması məqsədilə Baltik dənizinə patrul həyata keçirən iki gəmi yollayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə danışıb.

“NATO hazırda iki gəmi göndərməkdədir... NATO-nun daha geniş iştirakı sakitləşdirici və stabilləşdirici effektə malikdir. Belə bir qərarın qəbul olunması bizi çox sevindirir”, - deyə XİN rəhbəri bildirib.

Nazirin sözlərinə görə, Qərbdə Rusiyanın “kölgə donanması” kimi təqdim olunan gəmiləri kritik əhəmiyyətli sualtı infrastruktura ciddi təhdid yaradır. Söhbət Baltik dənizindən keçən “EstLink 2” energetik naqil xəttindən gedir. Estoniya ilə Finlandiyanı birləşdirən sualtı-naqil xətti dekabrın 25-də müəmmalı şəkildə sıradan çıxmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Baltik-dənizi  


Bizi "telegram"da izləyin