Kreml Nausedanın Kalininqradı Litvanın tərkib hissəsi adlandırmasına münasibət bildirib

2022/09/1664530310.jpg
Oxunub: 493     13:54     10 Yanvar 2025    
Litvanın Rusiya Federasiyasına qarşı ərazi iddiaları var.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Litva Prezidenti Qitanas Nausedanın Kalininqradı Litva ərazisi olması haqqında söylədiyi sözlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Litvanın Rusiyaya qarşı ərazi iddialarının olması Moskvanın təhlükəsizliyi təmin etmək üçün gördüyü bütün tədbirlərə haqq qazandırır.

Qeyd edək ki, Nauseda Rusiyanın Avropadakı eksklav ərazisi olan Kalininqradı Litvanın tərkib hissəsi adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Kalininqrad   Litva  


Bizi "telegram"da izləyin