XİN rəhbəri Türkiyənin İranla mövcud münasibətlərinin vəziyyətinə toxunub

2024/06/66818-1719767816.jpg
Oxunub: 496     13:27     10 Yanvar 2025    
Biz İranla yaxşı olan qonşuluq əlaqələrimizi davam etdirmək istəyirik.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Türkiyə PKK ilə mübarizədə İranın onları dəstəkləmələrini istəyir: “Bunu dəfələrlə İrana da demişik. Bu sirr deyil ki, biz Türkiyə olaraq, sadəcə İrandan deyil, ABŞ, kim
olur-olsun, bizimlə düşmən olan qruplaşmaya dəstək verməməsini tələb edirik. Biz silahlı mübarizə aparan heç bir qüvvəyə dəstək vermirik, onlar da bizlə düşmən olan silahlı qruplaşmaya dəstək verməsinlər. Yeni dönəmdə fərqli siyasət yürüdəcəklərinə inanıram”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin