Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bundan başqa, polkovnik Georgi Şuvayev və general Oleq Tsokovun adları da siyahıdan çıxarılıb. Onlar müvafiq olaraq 2022 və 2023-cü illərdə döyüş əməliyyatları zamanı həlak olublar.
Violetta Priqojina sentyabrda Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.
Ona qarşı sanksiyalar 2022-ci ilin fevralında tətbiq edilmişdi. Violetta Priqojina Yevgeni Priqojinə bağlı olan "Konkord Menecment və Konsaltinq" MMC-nin sahibi kimi tanınırdı. 2023-cü ildə Aİ Məhkəməsi Violetta və Yevgeni Priqojinlər arasında işgüzar əlaqələrin olduğuna dair sübutlar aşkar etməyib.
Ordu.az