Fidan: "Türkiyə və ABŞ bir-birinə ehtiyacı olan ölkələrdir"

2025/01/1736311691.jpg
Oxunub: 403     12:37     10 Yanvar 2025    
Türkiyə və ABŞ həm regionda, həm də bütövlükdə dünyada bir-birinə ehtiyacı olan ölkələrdir.

Ordu.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

H.Fidan bildirib ki, iki ölkə arasında münasibətlərdə bütün istiqamətlər üzrə irəliləyiş müşahidə olunur.

“ABŞ-nin yeni hakimiyyəti ilə də bu istiqamətdə açıq dialoqa əsaslanan münasibətlərimizi davam etdirəcəyik”, - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin