İsrail Qəzzada HAMAS tərəfindən öldürülən iki girovun cəsədini aşkar edib

2025/01/1736499355.jpg
Oxunub: 498     12:38     10 Yanvar 2025    
İsrail Müdafiə Qüvvələri (IDF) və Təhlükəsizlik Xidmətinin (ISA) son bir neçə gün ərzində Qəzzada həyata keçirdiyi fəaliyyət zamanı qüvvələr Rəfah bölgəsindəki yeraltı tuneldə Yusif Ziyadne və onun oğlu Həmzə Ziyadnenin cəsədlərini aşkar edərək İsrailə qaytarıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Dövlətinin rəsmi “X” hesabında məlumat paylaşılıb.

İsrail Müdafiə Qüvvələri (IDF) və Təhlükəsizlik Xidmətinin (ISA) son bir neçə gün ərzində Qəzzada həyata keçirdiyi fəaliyyət zamanı qüvvələr Rəfah bölgəsindəki yeraltı tuneldə Yusif Ziyadne və onun oğlu Həmzə Ziyadnenin cəsədlərini aşkar edərək İsrailə qaytarıb.

Qeyd edilib ki, onlar 2023-cü il oktyabrın 7-də sağ vəziyyətdə girov götürülüb və HAMAS əsirliyində qətlə yetirilib.

“İsrail təhlükəsizlik qüvvələri bütün girovları mümkün qədər tez geri qaytarmaq üçün bütün vasitələrlə fəaliyyət göstərir. Həmzə və Yusifin xatirəsi daim yaşasın”, - məlumatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HAMAS  


Bizi "telegram"da izləyin