Ordu.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, Suriyanın terrordan tamamilə təmizlənməsi Türkiyənin 2025-ci ildə əsas hədəflərindəndir.
“Məlumdur ki, Suriya xalqı ölkənin yenidən qurulmasında ciddi sınaqlarla üz-üzədir. Türkiyə cərəyan edən son proseslərdə də Suriyanın yanındadır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur və gizli vəzifələrinin olması müzakirə mövzusu deyil”, - H.Fidan əlavə edib.
H.Fidan brifinqdə region ölkələrinə çağırış edib.
“Türkiyənin bölgə ölkələrindən gözləntisi basqı və xalqı yoxsulluğa aparma strategiyasından əl çəkməkdir”, - o bildirib.
Ordu.az